"EYOF 2019: Voleybol yarışları nazirliyin kompleksində keçiriləcək
İyulun 21-27-də Bakıda təşkil olunacaq “EYOF 2019” XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışları iki arenada – Voleybol Mərkəzində və Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun kompleksində keçiriləcək.
Kompleks artıq bu mötəbər idman yarışının keçirilməsinə hazırdır. Gənclər və İdman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-Sağlamlıq Klubunun bazasına gələrək hazırlıq işləri ilə yaxından tanış olublar. Arenanın bu mötəbər yarışa hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.