Dörd günün nəticələrinə əsasən medal siyahısına Rusiya yığma komandası başçılıq edir. Bu komandanın aktivində 32 (13-8-11) medal var.
Hesabında 19 (9-5-5) medal olan Azərbaycan millisi ikinci pillədə qərarlaşıb. Komandamızın heyətində güləşçilərimiz 8 qızıl, 5 gümüş və 3 bürünc, cüdoçularımız isə 1 qızıl və 2 bürünc medal qazanıblar.
Güləşçilərimizdən yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.
"EYOF Bakı 2019"un medal siyahısında ilk üçlüyü 6 qızıl, 4 gümüş və 5 bürünc medalla Türkiyə seçməsi tamamlayır. Böyük Britaniya 12 (5-5-2) medalla dördüncü, İtaliya isə 11 (4-4-3) medalla beşinci pillədə yer alıb.
Festivala iyulun 27-də yekun vurulacaq.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024