İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalında basketbolçu oğlanların mübarizəsinə yekun vurulub.
Yarışın həlledici qarşılaşması Türkiyə və İspaniya komandaları arasında oynanılıb. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunda 65:52 hesabı ilə qalib gələn İspaniya yığma komandası XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalına sahib olub.
Yarışda 5-6-cı yer uğrunda Avropa Azərbaycan Məktəbində keçirilən görüşdə Litva basketbolçuları Yunanıstan komandasına qalib gəlib – 86:76. Xatırladaq ki, gün ərzində daha əvvəl başa çatan oyunlarda Serbiya seçmə komandası Fransa yığmasını 75:57 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
Yarışda 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Azərbaycan basketbolçuları 31:44 hesabı ilə geri düşdükləri oyunda əzmkarlıq göstərək 64:51 hesabı ilə qələbə qazanıblar.
Bununla da festivalda oğlan basketbolçuların mübarizəsinə yekun vurulub. Yarışda fəxri kürsüdə müvafiq olaraq İspaniya, Türkiyə və Serbiya komandaları yer alıblar. Azərbaycan yığma komandası yarışı 7-ci pillədə başa vurub.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024