AZƏRTAC xəbər verir ki, yarışın Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən final görüşü İtaliya və Belçika komandaları arasında oynanılıb. İtaliyalı voleybolçular hər üç setdə qələbə qazanaraq festivalın qızıl medallarına yiyələniblər - 25:21, 25:21 və 25:19. Bu görüşlə eyni vaxtda 5-6-cı yerlər uğrunda Azərbaycan Voleybol Mərkəzində təşkil olunan digər matçda Bolqarıstanın oğlanlardan ibarət voleybolçuları Çexiyanı sınağa çəkiblər. Oyunda 3:0 (25:22, 25:21, 25:16) hesabı ilə qalib gələn Çexiya komandası yarışları 5-ci pillədə başa vurub.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024