Üzgüçümüz Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Bu gun Cənubi Koreyanın Guangju şəhərində su idman növləri üzrə dunya çempionatı keçirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "olimpsport.az" saytına verilən məlumata görə üzgüçülük üzrə milli komandamızın üzvü Maksim Şemberev 400 m qarışıq üsulda final mərhələsinə yüksələrək Azərbaycanın üzgüçülük tarixində ilk dəfə olaraq 6 cı olmuş və 4.14. 10 nəticə ilə Tokio 2020 Yay Olimpiya Oyunlarına "A" lisenziyası qazanıb.
Qeyd edək ki, üzgüçümüz bu nəticə ilə olimpiadada birbaşa ishtirak hüququ əldə edib.