Artıq təlim-məşq toplanışını başa vuran millimiz dünya birinciliyinə qatılmaq üçün Daşkəndə yola düşüb. Yarışda yığmanın üzvləri yeddi oğlan və üç qız taekvondoçu ilə təmsil olunacaq və 10 çəki dərəcəsində mübarizə aparacaqlar.
Milli komandamızın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov oğlan taekvondoçulardan Şamil Mirzəyev (33 kq), Nihad Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq) və Asim Əlimova (65 kq-dan yuxarı) şans verəcək. Qızlardan isə Zemfira Həsənzadə (29 kq), Nəzirə Ölməz (47 kq) və Səmmərux Osmanova (51 kq) yığmanın heyətində yer alacaq.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024