Son illər gümüş zolağına düşən Rafael Ağayev tilsimi qırmaq istəyir-MÜSAHIBƏ
Bu il bir sıra nüfuzlu turnirlərdə iştirak etmişəm. Onların biri istisna olmaqla hamısından medalla qayıtmışam. Yalnız bir turnirdə medal qazana bilmədim. A seriyası turnirinin İstanbul mərhələsində bir-birinin ardınca iki döyüşdə aldığım zədələr səbəbindən beşinci döyüşü yarımçıq qoydum. Artıq bərpa prosesi başa çatıb. Qarşıda bizi Karate 1 Premyer Liqa turnirləri gözləyir. Sentyabrın birinci yarısında Tokioda keçiriləcək Premyer Liqa turnirinə tam hazır olmasam da, düşünürəm ki, oktyabr-noyabr aylarında Moskva və Madriddə keçiriləcək Premyer Liqa turnirlərində potensialımdan maksimum istifadə edə biləcəyəm.
OLİMPSPORT xəbər verir ki, bu sözləri dəfələrlə dünya və Avropa çempionu olan karateçi Rafael Ağayev AZƏRTAC-a müsahibəsində deyib.