Qənirə Paşayevadan Rəsul Çunayevə dəstək

Millət vəkili Qənirə Paşayeva Rəsul Çunayevə dəstək olub. Olimpsport.az xəbər verir ki, obu barədə öz"feysbuk" hesabında paylaşım edib.

"Rəsul Çunayev hər zaman bayrağımızı ucalara qaldırmaq üçün mübarizə aparıb və dəfələrlə qələbə qazanıb. Belə insanları təhqirlərlə ruhdan salmaq, ağır psixoloji zərbə vurmaq olmaz. Çox hallarda da bunu ölkəsi, milləti üçün heç bir cddi iş görməyənlər edir. O da qələbə qazanmağı istəyərdi və bunun üçün ciddi mübarizə apardı. Bu idmandı.Və bəzən belə də ola bilir. Rəsula bunda sonra da hər zaman böyük uğurlar diləyirik. Ruhdan düşməsin və inanırıq ki, gələcəkdə daha da böyük qələbələr qazana biləcək".

Qeyd edək ki, Rəsul Çunayev Bakıda keçirilən  Avropa Oyunları zamanı möhtəşəm qalibiyyəti ilə qızıl medala sahib olub. O, qələbəsinin ardınca ölkə başçısı İlham Əliyevə hərbi salam verərək, dünya mediasının diqqətini çəkmişdi."

Rio-2016" oyunları zamanı isə təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq.