Təmsilçilərimiz Türkiyədə “Grand Prix Velo Erciyes” yarışlarına qatılıblar. Birgünlük turda yığma komandamızın üzvlərindən Samir Cəbrayılov 143 kilometr məsafəni dördüncü, Elçin Əsədov isə beşinci yerdə tamamlayıb. Bu isə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün ölkəmizin aktivinə 35 (20+15) reytinq xalı qazandırıb.
Velosipedçilərimiz sentyabrda “Tour of Central Anatolia” (7-8 sentyabr), “Grand Prix Erciyes” (20 sentyabr), “Tour of Kayseri” (21-22 sentyabr) və “Konya Tour of Mevlana” (27-29 sentyabr) turnirlərində də qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, “Tokio 2020”də reytinqin ilk 50 pilləsində yer alan ölkələrin təmsilçiləri iştirak edəcəklər.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024