Çempionluq uğurnda Ankarada təşkil olunan final oyununda Serbiya millisi Türkiyə yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda serbiyalı voleybolçular 3:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə ümumilikdə isə üçüncü dəfə qitənin ən güclüsü adını qazanıblar.
Bürünc medal uğrunda görüşdə isə İtaliya millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.
Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya və Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.
Serbiya millisi ilk çempionluğunu 2011-ci ildə qazanıb. Serbiya və İtaliyanın birgə ev sahibliyi etdiyi qitə birinciliyinin finalında meydan sahibləri Almaniya seçməsini üstəliyiblər. İki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında da qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024