Rio-2016: Patimat Akbarova debüt edəcək

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına start veriləcək. Olimpsport.az saytının məlumatına görə, Braziliyada tam heyətlə təmsil olunacaq Azərbaycan yığmasının bir üzvü də mübarizəyə qoşulacaq.

 

İlk olaraq 49 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz Patimat Abakarova turnirə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi serbiyalı Tiyana Boqdanoviç olacaq.

 Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq