Rusiya millisi Olimpiadada qazandığı qızıl medaldan məhrum edilib

Rusiyanın yüngül atletika yığması 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının 4x100 metr məsafəyə estafet yarışlarında qazanılan qızıl medaldan məhrum edilib.

Olimpsport.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin məlumatında bildirilir.

Qərar 2008-ci il Olimpiadasının dopinq nümunələrinin yoxlanılmasının yekunu üzrə qəbul olunub. Qaçış üzrə atlet Yuliya Çermoşanskayadan götürülən dopinq nümunəsi müsbət nəticə verib. Onun qanında iki qadağan olunmuş maddə aşkarlanıb.