Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının mükafatçıları müəyyən olub
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının qrup hərəkətləri komandalarının çoxnövçülük yarışlarının mükafatçıları müəyyənləşib.
İki proqramın cəmində 58,700 xal toplayan Rusiya komandası qızıl medal qazanıb.
Yaponiya gimnastları 58,200 xalla gümüş medala sahib olublar.
Bolqarıstan komandası isə 58,000 xalla çempionatı üçüncü pillədə başa vurub.