Atıcımız "Tokio 2020" Olimpiya Oyunlarına lisenziya qazanıb
23 Sentyabr Italiyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib.
Gənclər və İdman Nazirliyindən "olimpsport.az" saytına verilən məlumata görə 20-dən çox ölkənin 47 idmançısının mübarizə apardığı yarışda Azərbaycanı Dünya kubokunun 3-cüsü Ruslan Lunev təmsil edib. İdmançımız kiçik çaplı tapancadan 25 metr məsafəyə atışda 587 xal hedabı ilə 1 ci yerə layiq görülüb.