Erməni idmançı Rəsul Çunayevi təbrik etdi

 

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Olimpsport.az saytının məlumatına görə,  Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə ermeni idmançı Miqran Arturyana uduzub finala çıxmaq şansını itirsə də, sonda bürünc medal qazana bilmişdi . 

Mükafatlandırma mərasimində erməni idmançı Arutyunyan Çunayevi qucaqlayaraq bürünc medal qazanması münasibətilə təbrik edib. Həmin anların görüntülərini təqdim edirik: