"Rio-2016"nın ən yaşlı çempionu müəyyənləşib

Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının ən yaşlı qızıl medalçısı müəyyənləşib. 

Olimpsport.az-ın məlumatına görə, bu ada argentinalı Santiyaqo Lanxe sahib çıxıb.

54 yaşlı idmançı cütlüklərin yelkən yarışında Sesilia Karranza ilə birinci olub.

Argentinalı idmançı xəstəlikdən əziyyət çəkib. Ona ötən il ağciyər xərçəngi diaqnozu qoyulub.