Bakı Şahmat Olimpiadasının bayrağı Elbrus zirvəsində

Bakı Kristal Zalın texniki direktoru Elçin Məmmədov və R-Com şirkətinin direktoru Tural Məmmədov Rusiyanın, eləcə də Avropanın ən hündür zirvələrindən sayılan – 5642 metr hündürlüyü olan Elbrus dağının zirvəsini fəth ediblər.

 

Olimpsport.az Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar dağın zirvəsində Azərbaycan bayrağını, Bakı Kristal Zalın və bu ilin sentyabr ayında bu arenada keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının bayrağını dalğalandırıblar.