Aleksandr Demyanenko yarım finalda

Bu gün Rio Olimpiadasında daha iki avarçəkənimiz mübariə aparır. Olimpsport.az saytının məlumatına görə, yığmamızın liderlərindən Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya start xəttinə çıxacaqlar.

 

Öncə Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə yarışıb. O, ilk olaraq təsnifat mərhələsində qüvvəsini sınayıb. Dördüncü seçmə qrupda mübarizə aparan Demyanenkonun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olub. Təmsilçimiz 200 m məsafəni 39,749 saniyəyə qət etməklə, nəinki yürüşün, bütün mərhələnin ən yaxşısı kimi yarımfinala yüksəlib.

 

Demyanenko saat 17:42-də final üçün mübarizəni davam etdirəcək.