Osipenko-Radomskaya 1/2 finalda

Bu gün Rio Olimpiadasında daha iki avarçəkənimiz mübariə aparır. Olimpsport.az saytının məlumatına görə, yığmamızın liderlərindən Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya start xəttinə çıxacaqlar.

 

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə gücünü 500 metr məsafədə sınayacaq. Dördüncü seçmə qrupda çıxış edəcək xanım idmançımızın bu mərhələdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olacaq.

 

34 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə yürüşdə finişə 1 dəqiqə 51,750 saniyəyə çatıb.
 
Bununla da Osipenko-Radomskaya yürüşün qalibi olaraq, yarımfinala adlayıb. 

Yarımfinalda ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında 2 ən yaxşısı həlledici mərhələyə adlayacaq. Final mərhələsinin yürüşü isə avqustun 18-də saat 17:11-də başlanacaq.