Ratkeviç bürünc medal üçün güləçəcək

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir. Olimpsport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.

 

58 kq çəki dərəcəsində çıxış edən Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verib. Ukraynalı Oksana Herhel qarşılaşan London Olimpiya Oyunlarının bürünc medalçısı çətinliklə də olsa mərhələ adlayıb. Belə ki, 3:0 hesabı ilə öndə olan güləşçimiz ardınca üstünlüyü əldən verib - 3:5. Lakin son saniyələrdə özünə gələn Ratkeviç 7:5 hesabı ilə qələbə qazanıb.

 

İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayıb. Bu qarşılaşmaya da fəal başlayan təmsilçimiz hesabı 7:0-a çatıdırb. Sona yaxın rəqibin fəallaşması isə hesaba təsir etsə də, nəticəyə təsir etməyib - 7:3.

 

Ratkeviç yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirəcək.