Azərbaycanın qadın taekvondoçusu "Rio-2016"ya məğlubiyyətlə başlayıb

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova ilk görüşünə çıxıb. 

Olimpsport.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan dağıstanlı idmançının rəqibi serbiyalı Tiyana Boqdanoviç olub.

1/8 final qarşılaşması Avropa çempionu Boqdanoviçin qələbəsi ilə yekunlaşıb - 3:2. İlk 3 raunddan sonra Abakarova 0:3 hesabı ilə geridə olub. Sonuncu raundda o, fərqi minimuma endirsə də, məğlubiyyətdən yaxa qurtara bilməyib.

İndi Abakarova bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün Boqdanoviçin finaladək irəliləməsini gözləməlidir.