Azərbaycan idmançısı olimpiadaya vəsiqə qazanıb
Azərbaycan karateçisi İrina Zaretska (67 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanmaqla həm də "Tokio 2020" Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.
Rafael Ağayevə isə Olimpiya lisenziyası almaq üçün 3 qələbənin reytinq xalları bəs edir.