Xocalı soyqırımına həsr olunmuş taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək

Xocalı soyqırımına həsr olunmuş taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək

OLİMPSPORT xəbər verir ki, yarışa fevralın 28-də start veriləcək və martın 1-də başa çatacaq. Üç yaş kateqoriyasında keçiriləcək birincilikdə 2009-2011, 2006-2008 və 2003-2005 - ci il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar. 

Qeyd edək ki, yarışda 500-ə yaxın idmançının iştirakı gözlənilir. Yarışın keçirilməsində məqsəd Xocalı soyqırımını yad etmək, taekvondo idman növünün inkişafına nail olmaq və idmançıların ustalıq səviyyəsini artırmaqdır.