Milli Karate Federasiyasının saytının verdiyi xəbərə görə, Zalsburqda Karate1 Premyer Liqa turnirində (-75kq) 2 qələbə qazanmaqla Olimpiya reytinq xallarını 6795-ə çatdıran idmançımız, günün nəticələrinə görə ən yaxın izləyicisi Tomas Skott (ABŞ, 5017.50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957.50) kifayət qədər qabaqlayır.
Xatırladaq ki, daha bir idmançımız İrina Zaretska (+61 kq) Dubayda mövsümün 2-ci Premyer Liqa turnirində olimpiya vəsiqəsini vaxtından əvvəl təmin etmişdi.
Avropa idmançıları üçün qarşıda lisenziya xalları verən 2 yarış və Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazandıran təsnifat turniri var. 13-15 Martda karateçilər Mərakeşin Rabat şəhərində Karate1 Premyer Liqasında, 25-29 Martda Bakıda 55-ci Avropa çempionatında, 8-10 May tarixlərində isə Parisdə olimpiya çəki dərəcələrində təsnifat turnirində olimpiadaya vəsiqə qazanmağa çalışacaqlar.
Fransadakı yarışın yarımfinalçıları yenidən öz aralarında görüş keçirəcək. Daha yüksək nəticəyə əsasən üç idmançı olimpiadada işitirak etmək hüququna sahib olacaq. Olimpiya reytinqində xal qazanaraq ilk 4 yeri tutan idmançılar bu təsnifat turnirində çıxış etməyəcəklər.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024