Boksçular koronavirusa məhəl qoymadan yarışları davam etdirirlər
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya təsnifat turnirində mübarizə aparacaqlar.
OLİMPSPORT xəbər verir ki, 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq.
Xatırladaq ki, bir çox beynəlxalq federasiyalar yarışları təxirə salsa da boksçular koronavirus təhlükəsinə məhəl qoymadan yarışları davam etdirirlər.