Boksçumuz olimpiadaya lisenziya qazanıb
Boks üzrə Azərbaycan milli komandası “Tokio 2020” Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.
OLİMPSPORT xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) bu hüquqa yiyələnib.
Xatırladaq ki, yarış gecə seansından sonra dayandırılacağından dörddəbir final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.