"Rio-2016": Azərbaycan tarixdə ilk dəfə taekvondoda olimpiya medalı qazanıb

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova bürünc medal uğrunda həlledici görüşə çıxıb. 

Olimpsport.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı fransalı Yasmin Azizlə üz-üzə gəlib. Görüşün ilk iki hissəsində Abakarova xallar qazanaraq, 3:1 hesabı ilə önə çıxıb. Üçüncü raundda isə o daha 3 xal qazanıb və 6:1 hesabı ilə qalib gəlib. Son saniyələrdə tərəflər hərəyə bir xalla kifayətlənib - 7:2. Beləliklə, Patimat Abakarova Azərbaycan tarixində ilk dəfə olimpiya medalına yiyələnib. Əvvəlki 3 olimpiadada bunu əldə etmək mümkün olmayıb. Abakarova tarixi nailiyyətə bürünc medalla qovuşub.

Qeyd edək ki, bu, "Rio-2016"da 7-ci medal olub. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.