Aleksandr Demyanenko gümüş medal qazandı

Bu gün Rio Olimpiadasında 2 avarçəkənimiz finalda mübarizə aparacaq. Olimpsport.az saytının məlumatına görə, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya həlledici mərhələdə medal üçün yarışacaqlar.

 

Start xəttinə ilk olaraq dünya və Avropa çempionumuz Aleksandr Demyanenko çıxıb. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayan milliləşdirilmiş legionerimiz finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Yuri Çeban (Ukrayna), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışıb.

 

Həlledici mərhələ Yuri Çebanın qələbəsi ilə başa çatıb. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət edib. Həmyerlisindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətlənib. İlk "üçlüyü" İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb - 39,628 saniyə.