Millimiz Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.
OLİMPSPORT xəbər verir ki, millimiz yanvarın 29-da Slovakiya yığmasını qəbul edib.
Bakı İdman Sarayında keçirilən oyunda Azərbaycan millisi 4:1 hesablı qələbə qazanıb.
Millimizin heyətində Bolinha, Qalo, Xətai Bağırov və İsa Atayev fərqləniblər.
Yığmamız növbəti oyununu fevralın 2-də Afinada Yunanıstan seçməsinə qarşı keçirəcək.