Beynəlxalq Gimnastika Federasiyası (FIG) bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 35-ci dünya çempionatının və 28-ci dünya yaş qrupları turnirlərinin yeni tarixlərini açıqlayıb.
OLİMPSPORT Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, FIG-nin İcra Komitəsinin qərarına əsasən, həmin yarışlar əvvəl planlaşdırıldığı tarixlərdən bir həftə gec keçiriləcək. Bu dəyişiklik FIG-nin seçki konqresinin 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabrına keçirilməsi ilə əlaqədardır. FIG-nin bu qərarı milli federasiyalara hər iki tədbirdə iştirak etmək imkanı verəcək.
Beləliklə, batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 35-ci dünya çempionatı noyabrın 18-21-də, 28-ci dünya yaş qrupları yarışları isə ayın 26-29-da təşkil olunacaq.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024