Karate üzrə milli komandamız beynəlxalq turnirdə iştirak edəcək
Karate üzrə Milli komandamızın üzvləri XII dostluq və həmrəylik turnirində iştirak edəcəklər.
Olimpsport.az xəbər verir ki, milli komandamız böyük heyətlə İranın Urmiya şəhərində keçiriləcək beynəlxalq turnirə yollanıblar. İdmançılardan başqa beynəlxalq hakimlərimiz də turnirində təmsil olunacaqlar. Ümumi mükafat fondu 60 min dollar olan Urmiya-Open turnirində 15 ölkədən 320-dək karateçi mübarizə aparacaq.
Ənənəvi beynəlxalq turnirin ardından əsas milli komandanın üzvləri beynəlxalq təlim-məşqlərə qatılacaqlar.