Azərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər. OLİMPSPORT xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub.
Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempionu Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayan qızıl medal qazanıb. Digər üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən üç santımetr geri qalaraq dördüncü olub.
Rüstəm Məmmədovda bu növdə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva yeddinci olub. Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024