Hacı Əliyev qələbə ilə başladı

Rioda keçirilən Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Olimpsport.az xəbər verir ki, ilk olaraq 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

57 kq çəki dərəcəsində mübarizə aparan  Hacı Əliyev 1/8 finalda cənubi koreyalı Yunsik Yunu 12:2 hesabı ilə məğlub edib. 
Növbəti görüş 18:04-də başlayacaq və təsilçimizin rəqibi Gürcüstan təmsilçisi Khinchgashvili Vladimer olacaq.