Cəbrayıl Həsənov 1/4 finalda

Rioda keçirilən Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Olimpsport.az xəbər verir ki, ilk olaraq 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək

Bu çəkidə çıxış edəcək Cəbrayıl Həsənov da komanda yoldaşı kimi ilk olaraq 1/8 finalda xalça üzərinə çıxacaq. Son Avropa çempionatının gümüş, Avropa Oyunlarının isə bürünc mükafatçısı olan pəhləvanımızın ilk rəqibi kolumbiyalı Karlos Arturo İzquerdo olacaq. Cənubi amerikalı güləşçi gənclər arasında Nankin Olimpiadasında 4-cü olub.

 

Əgər Cəbrayıl bu rəqibini keçsə, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan)/Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş 17:45-ə təyin olunub.