Milad Beiqi Harçeqani yarım final yolunda

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha 2 dəst medal öz sahibini tapacaq. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının idmançıları hər 2 çəki dərəcəsində qüvvəsini sınayacaq.

 

Kişilərin yarışında 80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. Harçeqaninin son 2 dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 22:45-də başlanacaq.