Marina Drunda növbəti cəhdini etdi

Bu gün Rio-2016-da bədii gimnastika yarışlarına start verilib. Olimpsport.az saytının məlumatına görə, Azərbaycanı bu növdə yeganə idmançı, Marina Durunda təmsil edir.

 

Olimpiadada debüt edən gimnastımız çoxnövçülük yarışında mübarizə aparır. Avropa Oyunlarının gümüş medalçısı bu gün başlayan təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışır.

 

Durunda yarışa həlqə ilə hərəkətlə başlayıb. Xalçaya 3-cü çıxan gimnastımız hakimlərdən 17,466 xal alıb. O, ikinci hərəkətində topla bacarığını nümayış etdirib. Marinanın bu çıxışı da eyni xalla qiymətləndirilib. Üçüncü cəhdində gürzlə hərəkətlər nümayiş etdirən təmsilçimiz bu dəfə 17.683 xal toplayıb.

 

Qeyd edək ki, 8 nəfərin iştirakı ilə olacaq final mərhələsi isə sabah olacaq.