Fəridə Əzizova olimpiadanı 5-ci pillədə başa vurdu

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova bürünc medal görüşünə çıxıb.

Olimpsport.az saytının məlumatına görə, 67 kq. çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Rut Mari Kristel Qbaqvi (Kot-d-İvuar) olub.

İlk hissədə Qvaqbi 3:1 hesablı üstünlük əldə edib. İkinci hissədə o, daha 4 xal qazanıb - 7:1. Sonuncu raundda isə tərəflərdən heç biri xal qazana bilməyib.

Beləliklə, Əzizova Olimpiadanı 5-ci pillədə başa vurub.