Almaniya millisi Olimpiya tarixində ilk dəfə Olimpiya Oyunlarında çempion olub

Futbol üzrə Almaniyanın qadınlardan ibarət Olimpiya yığması “Rio-2016”nın qalibi olub.

Olimpsport.az xəbər verir ki, final qarşılaşmasında İsveç millisi ilə üz-üzə gələn “Bundesteam” 2:1 hesabı ilə qələbə qazanıb. Nəticədə, Almaniya millisi Olimpiya tarixində ilk dəfə bu ilkə imza atıb. Bunadək qadınlardan ibarət yığma ardıcıl olaraq - 2000, 2004 və 2008-ci illərdə üçqat bürünc mükafatçı olub.

Turnirdə üçüncülük uğrunda görüşdə isə Kanada yığması meydan sahibi Braziliyanı eyni hesabla məğlub edərək bürünc medala sahib çıxıb.