Radik İsayev mübarizəyə qoşulur - YENİLƏNİR

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq.

Olimpsport.az saytının məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində  son olaraq Radik İsayev dayanq üzərinə çıxacaq.

 

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verəcək. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gələcək. Görüş saat 19:45-də başlayacaq.

 

İdmançımız 20 yaşlı gənc rəqibinə qalib gələcəyi halda, 1/4 finalda Arman-Marşal Silla (Belarus) - Dongmin Ça (Cənubi Koreya) cütünün qalibi ilə gücünü yoxlayacaq.