Şərif Şərifov mübarizəyə qoşulacaq

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edəcək. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə start verəcək.

 

86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov və 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov qüvvəsini sınayacaq.

 

86 kq Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirəcək. Qarşılaşma saat 17:25-də başlayacaq.

 

Əgər o, 1/4 finala yüksələrsə, yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.