Marina Durundanın medal mübarizəsi

Bu gün Rio-2016-da bədii gimnastika yarışlarının final mərhələsi keçiriləcək. Olimpsport.az saytının məlumatına görə, Azərbaycanı Braziliyada təmsil edən Marina Durunda da medallar uğrunda mübarizə aparacaq.

 

Avropa Oyunlarının gümüş mükafatçısının rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina ilə Melitina Staiouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqar Neviana Vladinova olacaq.

 

Halqa, top, gürz və lentlə hərəkətlərdə məharətini göstərəcək idmançımızın ilk çıxışı saat 22:20-də başlayacaq.

 

Qeyd edək ki, Durunda çoxnövçülük yarışının təsnifat mərhələsində 70,348 xal toplayaraq, finala 8-ci yerin sahibi kimi yüksəlib.