Cəmaləddin Məhəmmədov Olimpiadanı əliboş tərk etdi

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə start verib.

 

Belə ki, 86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov və 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov medallar uğrunda yarışıblar.

 

Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayacaq. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevə 5-6 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.