Radik İsayev 1/2 finalda

Rio-2016 Olimpiya Oyunlarında taekvando yarışları da davam edir. Olimpsport.az xəbər verir ki, bu gün taekvando yığmamızın sonuncu üzvü də mübarizəyə qoşulub.

80 kq çəki dərəcəsində dünya və Avropa çempionumuz Radik İsayev yarışa başlayıb. O, 1/8 final mərhələsindən mübarizəyə start verib.

İdmançımızın ilk rəqibi qazaxıstanlı Ruslan Japarovdur. Radik Qazax idmançını 11:2 hesabıyla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Radik bu mərhələdə Dongmin Ça (Cənubi Koreya) ilə üz-üzə gəlib və 12:8 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.