“Bürünc”ü qalib gəlib, “gümüş”ü isə məğlub olub qazanırsınız- Xetak Qazyumov

Rio Olimpiadasının gümüş mükafatçısı Xetaq Qazyumov final görüşündən sonra müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir:

 

- Təbrik edirik, gümüş medal qazandığınız üçün. Finaldakı çıxışınız haqqında bir neçə kəlimə deyin zəhmət olmasa...

- Hədəfim qızıl medal qazanmaq idi, ancaq alınmadı. Nə etmək olar? O, məndən güclü idi.

 

- Ardıcıl iki Olimpiya “bürünc”ündən sonra, bu dəfə “gümüş” qazandın. Bunu irəliyə doğru addım saymaq olarmı?

- Bu daha pisdi. Çünki “bürünc”ü qalib gəlib, “gümüş”ü isə məğlub olub qazanırsınız.

 

- Sənə qədər Toğrul da məğlub olmuşdu. Bunun təsiri oldumu sənin çıxışına?

- Xeyr, elə düşünmürəm. Mən çalışırdım ki, buna fikir verməyim. Əlbəttə, ona görə, təəssüflənirdim, ancaq bunu çıxışıma qatmaq istəmirdim.

 

- Qələbə üçün nə çatışmadı?

- Arzu, istək. Əgər rəqib qalib gəlibsə, deməli o, daha çox istəyirdi bunu.

 

- Növbəti planların necədir? Karyeranı davam etdirəcəksən?

- Bilmirəm. Qarşıdakı günlərdə düşünəcəyik.

 

Qabil MEHDİYEV, Riodan