“Armudu” layihəsinin növbəti qonağı Abdulla Qurbani olub
İyunun 25-də Gənclər və İdman Nazirliyinin “Armudu” – gənclərin məşhurlarla onlayn görüşü layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə keçirilən görüşün qonağı Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Zəfər paradının ssenari müəllifi və aparıcısı, Azərbaycan SilahlıQüvvələrinin polkovniki Abdulla Qurbani idi.
Görüşün əvvəlində gənclər və idman nazirinin müavini İntiqam Babayev tarixi günün əhəmiyyətindən danışaraq, gənclərə bu görüşdən və qonağın dəyərli fikirləri və məsləhətlərindən bəhrələnməyi tövsiyyə edib. Nazir müavini 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəyə nail olunmasında Azərbaycan xalqının, xüsusilə də vətənpərvər gəncliyin birlik və həmrəyliyinin mühüm rol oynadığını xüsusi vurğulayıb.
Ardından Abdulla Qurbani gəncləri salamlayaraq, cəbhə bölgələrində baş verən maraqlı hadisələrdən, ssenari müəllifi və aparıcısı olduğu “Zəfər Paradı”nın inanılmaz, sevinc dolu təəssüratlarından söz açdı, müəllifi olduğu şeirlərindən bir neçəsini gənclər üçün səsləndirib.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin mayoru,Əməkdar artist Cahangir Qurbanov bayram münasibətilə görüş iştirakçılarına hədiyyə olaraq, Nizami Gəncəvinin “Sevgili canan” qəzəlinin sözlərinə bəstələnmiş musiqini canlı ifa edib.
Sual-cavab formatında davam edən görüşdə 100-dən artıq gənc iştirak edirdi.