Keyn "Mançester Siti" ilə razılığa gəldi
"Tottenhem"in futbolçusu Harri Keyn "Mançester Siti"yə keçməyə yaxındır.
İngiltərə millisinin kapitanı artıq "şəhərlilər"lə razılığa gəlib. Onun yeni mövsümndən "Mançester Siti"də çıxış edəcəyi bildirilib. Tərəflər arasında 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Keyn ötən mövsüm 49 oyuna 33 qol vurub.