“Bakı”nın 2015/16 mövsümündəki son ev oyununun vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan I Divizionunda XXV turun oyun cədvəli məlumdur.

Olimpsport.az saytının məlumatına görə, mayın 6-da “Bakı” öz meydanında “Bakılı”nı qəbul edəcək. “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda baş tutacaq qarşılaşma 16:00-da start götürəcək.

Qeyd edək ki, bu, “Bakı”nın 2015/16 mövsümündəki son ev oyunudur.