ÇL-in qrupunda oynayacaq 29 komanda artıq bəllidir - Sabah püşkatmadır
Sabah 2021/22 mövsümü UEFA-nın Çempionlar Liqası yarışında qrup mərhələsinin tərkibi müəyyənləşəcək.
Püşkatma Bakı vaxtı ilə saat 20.00-da İstanbulda keçiriləcək mərasimdə başlayacaq. Tədbiri veteran futbolçular Andrey Arşavin və Maykl Essyen aparacaq. Səbətlər püşkatmadan əvvəl təsdiqlənəcək.
32 klubun yer alacağı yarışın bu mərhələsində hər birində 4 komanda olmaqla 8 qrup formalaşacaq.
Qeyd edək ki, yarışda mübarizə aparacaq 32 komandadan 26-sı qrupa birbaşa vəsiqə əldə edib. Digər 6-sı isə təsnifat/pley-pff mərhələləri vasitəsi ilə müəyyənləşir. Dünən qrupların daha 3 iştirakçısı da bilinib. Sonuncu 3 iştirakçı isə bugünkü pley-off matçlarından sonra dəqiqləşəcək.
ÇL-in qrupunda iştirakı dəqiqləşən 29 komanda
İngiltərə: "Mançester Siti", "Mançester Yunayted", "Liverpul", "Çelsi"
İspaniya: "Atletiko", "Real", "Barselona", "Sevilya", "Vilyareal"
İtaliya: "İnter", "Milan", "Atalanta", "Yuventus"
Almaniya: "Bavariya", "RB Leyptsiq", "Borussiya" Dortmund, "Volfsburq"
Fransa: "Lill", "Pari Sen-Jermen"
Portuqaliya: "Sportinq", "Portu" , "Benfika"
Rusiya: "Zenit"
Belçika: "Brügge"
Ukrayna: "Dinamo" Kiyev
Niderland: "Ayaks"
Türkiyə: "Beşiktaş"
İsveçrə: "Yanq Boyz"
İsveç: “Malmö”
Daha 3 iştirakçı isə bu gün keçiriləcək pley-offun aşağıda qeyd edilən cavab oyunlarından sonra müəyyənləşəcək:
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa)
İlk oyun - 1:0
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova)
İlk oyun - 0:3
"Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya)
İlk oyun - 1:2