Çempionlar Turu: Teymur Rəcəbov final mərhələsində, Məmmədyarov kənarda qalıb

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin bütün iştirakçıları bəlli olub.

Turnir cədvəlində ilk 8 yerin sahibi həlledici raundda iştirak edəcək.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 9 mərhələnin yekununda 133 xalla 4-cü olub və finala vəsiqə qazanıb. 26 xal toplayan Şəhriyar Məmmədyarov isə 12-ci yerlə kifayətlənib.

Rəcəbovun indiyədək qazancı 103 min 968, Məmmədyarovun isə 30 min 323 ABŞ dollarıdır.

Qeyd edək ki, final mərhələsi sentyabrın 25-də Norveçin paytaxtı Osloda başlayacaq.