MDB Oyunları: Azərbaycanın cüdo komandası finala yüksəlib
Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.
Yığma 1/4 final mərhələsində Qırğızıstanı 5:1, yarımfinalda isə Qazaxıstanı 5:3 hesabı hesabı ilə üstələyib.
Finala vəsiqə qazanan kollektiv ən azı gümüş medalı təmin edib.
Azərbaycan komandası həlledici görüşdə Özbəkistanla qarşılaşacaq.